24 İyul 2023, 09:22
Hansı ixtisasları seçənlər iş tapmaqda çətinlik çəkirlər?
Hansı ixtisasları seçənlər iş tapmaqda çətinlik çəkirlər? şəkil
Hansı ixtisasları seçənlər iş tapmaqda çətinlik çəkirlər?

"Bəzən qızlar diplom xətrinə onlara aid olmayan ixtisasları seçirlər"-bunu "Operativ Media" ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekpertin fikrincə, xüsusilə az bal toplayan abituriyentlər "təki qəbul olum" prinsipi ilə ixtisaslarını seçirlər. Xüsusilə 1-ci ixtisas qrupunda az bal toplayan qızlar diplom xatirinə onlara aid olmayan ixtisasları seçirlər. Balıqçılıq, üzümçülük, şərabçılıq, maşınqayırma, elektronika kimi ixtisaslara yönəlirlər ki, gələcəkdə də əmək bazarında özlərinə yer tapa bilmirlər.

"2-ci ixtisas qrupunda sosiologiya, və yaxud da hidrometeorologiya kimi ixtisaslar ehtiyac olan ixtisaslar olsa da, əmək bazarında bu ixtisaslara o qədər də tələb yoxdur. 3-cü ixtisas qrupu üzrə belə bir fikir formalaşmışdı ki, birmənalı şəkildə, abituriyentlər sosial iş ixtisası ilə daha böyük uğur qazana bilərlər. Amma artıq əmək bazarında bu tipli ixtisaslara o qədər də ehtiyac yoxdur. 4-cü ixtisas qrupunda baxmayaraq ki, ən aşağı ballarla abituriyentlər qəbul olurlar, amma biz görürük ki, onlar ekologiya ixtisası ilə uğur qazana bilmirlər və yaxud da subyekt ehtiyatları ilə, meliorasiya mühəndisliyi ilə bağlı, geologiya ixtisası ilə bağlı əmək bazarında iş tapmırlar".

İxtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev isə bildirir ki, abituriyentlər adətən ballarına uyğun ixtisas seçirlər. Amma əslində əvvəlcədən oxumaq istədikləri ixtisası təyin etməli və o hədəfə doğru irəliləməlidirlər. Mütəxəssis hazırda əmək bazarında ehtiyac olan və gəlirli ixtisaslardan bir neçəsini sadalayıb.

"1-ci qrupda IT sahəsində kompüter mühəndisliyi, loйistika, memarlıq-inşaat, dizayn, bu ixtisaslar hazırda əmək bazarının tələb olunan ixtisaslarıdır. 2-ci qrup üzrə hələ də illərdir öz mövqeyini qoruyan maliyyə, mühasibatlıq, sənayenin təşkili və idarəolunması ixtisasları, 3-cü qrup üzrə əsasən müəllimlik ixtisasına önəm verirlər. 4-cü qrup yenə də əsasən tibb sahəsi və müəllimlik sahəsidir ki, bu ixtisaslar da çox önəmli ixtisaslardandır".

Ekpertlərin fikrincə, az bal toplayan abituriyenlər perspektivsiz ixtisaslara yiyələnməyə məcbur deyillər.

Son xəbərlər
Ömər aşırımına qar yağıb
Putin Orbanın atəşkəs təklifinə münasibət bildirib
Müharibə zonalarında həlak olan jurnalistlərin sayı açıqlanıb
Fəxrəddin Altun: Türkiyə bundan sonra da Suriya xalqını dəstəkləyəcək
Qubada partlayışda xəsarət alan şəxs ölüb
SOCAR-ın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
İraqda güclü zəlzələ olub
Qubada qəza olub, 5 nəfər xəsarət alıb
Ulu Öndərin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Bakının bəzi rayon və qəsəbələrində qaz olmayacaq
Ərdoğan Macarıstan Prezidenti ilə görüşüb