24 İyul 2023, 15:42
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin vəzifələri müəyyənləşib
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin vəzifələri müəyyənləşib şəkil
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin vəzifələri müəyyənləşib

Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin vəzifələri müəyyənləşib.

"Operativ Media"xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiq edilmiş Dövlət Agentliyinin əsasnaməsində öz əksini tapıb.

Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

- müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak etmək, onlara dair rəy vermək;

- müvafiq sahədə dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların layihələrinin hazırlanmasında iştirak etmək və onların həyata keçirilməsini təmin etmək;

- elm və təhsil müəssisələri ilə xarici elm və təhsil müəssisələri arasında təhsilalanların və təhsilverənlərin mübadiləsi proqramlarını əlaqələndirmək;

- ali və orta ixtisas təhsili müəssisələrində beynəlxalq standartlara cavab verən təhsil şəraiti və mühitinin yaradılması üçün tədbirlər görmək;

- ali və orta ixtisas təhsilinin keyfiyyətinin artırılması, elmi-metodiki təminatının gücləndirilməsi və təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə müxtəlif istiqamətli layihələri həyata keçirmək;

- ali və orta ixtisas təhsili müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarət etmək;

- elm və təhsil müəssisələrinə elmi-metodiki və tədris-metodiki rəhbərliyi həyata keçirmək;

- hər tədris ili üçün orta ixtisas və ali təhsil müəssisələrinə müvafiq ixtisaslar üzrə tələbə qəbulu barədə təklifləri Nazirliyə təqdim etmək;

- doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planlarına, habelə doktoranturaların (adyunkturaların) yaradılmasına dair vəsatətlə bağlı təklifləri Nazirliyə təqdim etmək;

- ali təhsil müəssisələrində magistraturaların yaradılması ilə bağlı təklifləri Nazirliyə təqdim etmək;

- ali və orta ixtisas təhsili müəssisələrində sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində müvafiq şərait yaradılmasının təşkilinə nəzarət etmək;

- müxtəlifsəviyyəli və müxtəlifmiqyaslı müsabiqələr və yarışlar keçirmək;

- xüsusi istedada malik təhsilalanların müəyyənləşdirilməsi və təhsillərinin davam etdirilməsinin stimullaşdırılması üçün tədbirlər görmək, onlar üçün məqsədli və adlı təqaüdlər təsis edilməsi ilə bağlı təklifləri Nazirliyə təqdim etmək;

- tədris dilini zəif bilən təhsilalanlar üçün təhsil proqramlarına uyğun hazırlıq kurslarının təşkil edilməsi üçün tədbirlər görmək;

- tabeliyində ali təhsil müəssisələri olan dövlət orqanlarının (qurumlarının) və özəl ali təhsil müəssisələrinin təklifləri əsasında bakalavriat səviyyəsində hazırlıq qrupları təşkil olunan ali təhsil müəssisələrinin və ixtisasların müəyyən edilməsi üçün Nazirliyə təkliflər vermək;

- ali və orta ixtisas təhsili müəssisələrində pedaqoji işçilərin dərs yükü normalarına riayət olunmasına nəzarət etmək;

- ali və orta ixtisas təhsili müəssisələrində təhsilalanların təhsil müəssisəsinin, ixtisasının, təhsilalma formasının dəyişdirilməsinin və təhsil müəssisəsinə bərpa olunmasının həyata keçirilməsini təmin etmək;

- ali təhsil müəssisələri tərəfindən elmi tədqiqat və elmi-metodiki işlərin təşkili qaydalarına və professor-müəllim heyətinin tədris işi vaxt normasına riayət olunmasına nəzarət etmək;

- ali və orta ixtisas təhsili müəssisələrində yeni təhsil proqramlarının (ixtisasların) açılmasına dair Nazirliyə təkliflər vermək;

- təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna nəzarət etmək;

- ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçməsinin müəyyən edilmiş qaydaya uyğun təşkilinə nəzarət etmək;

- ali, orta ixtisas və əlavə təhsil müəssisələrinin (dövlət təhsil müəssisələri istisna olmaqla) fəaliyyətinə lisenziya verilməsi ilə əlaqədar rəy verilməsində iştirak etmək;

- Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təklifi əsasında onların tabeliyində yaradılması nəzərdə tutulan orta ixtisas təhsili müəssisələrinin nizamnamələrinə dair Nazirliyə rəy vermək;

- elmi fəaliyyət subyektlərinin elmi istinadlı informasiya resurslarına çıxışının təmin edilməsi üçün tədbirlər görmək;

- elm və təhsil fəaliyyətinin səmərəli təşkili, idarə edilməsi və inkişafı, habelə maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastruktur, avadanlıq, yüksəkixtisaslı elmi kadrlar, informasiya və digər zəruri vasitələrlə təmin olunması üçün tədbirlər görmək;

- elm, ali və orta ixtisas təhsili sahəsində planlaşdırmanı, proqnozlaşdırmanı, əlaqələndirməni və qiymətləndirməni (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun attestasiyası istisna olmaqla) həyata keçirmək;

- dövlət təhsil müəssisələrinin tədris, elmi, elmi-metodik, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal tədris resursları və digər texniki vasitələrlə təminatını həyata keçirmək;

- dövlət elmi müəssisə və təşkilatlarının, təhsil müəssisələrinin işçilərinin əməyinin stimullaşdırılmasına, o cümlədən mükafatlandırılmasına dair təklifləri Nazirliyə təqdim etmək;

- tabeliyində olan elm və təhsil müəssislərində elmi fəaliyyətin təşkilində və təlim-tərbiyə prosesində müasir təhsil texnologiyalarının və innovasiyaların tətbiqi üçün tədbirlər görmək;

- tabeliyində olan təhsil müəssislərində çalışan təhsilverənlərin əlavə təhsilinin təmin edilməsi üçün müvafiq tədbirləri həyata keçirmək;

- tabeliyində olan elm və təhsil müəssisələri üzrə tələb olunan dövlət büdcəsi vəsaitinə dair proqnozları hazırlayaraq Nazirliyə təqdim etmək və ayrılmış vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət etmək;

- elm və ali təhsil müəssisələrində aparılan elmi araşdırmaları əlaqələndirmək, elmi tədqiqat işlərini dəstəkləmək və mükafatlandırmaq;

- müasir təfəkkürlü və yaradıcı gənclərin erkən vaxtlardan elmi araşdırmalara cəlb olunmasını təşviq etmək;

- elmi kadr tələbatının müəyyən edilməsinə və həmin tələbata uyğun olaraq dövlət sifarişi əsasında elmi və elmi-pedaqoji kadrlar hazırlanmasına dair təklifləri Nazirliyə təqdim etmək;

- elm və təhsil sahəsində əlverişli investisiya mühitinin yaradılması üçün təklifləri Nazirliyə təqdim etmək;

- tabeliyində olan elm və təhsil müəssisələrinin istehsalat bazalarının, texnoparklarının, laboratoriyalarının müasirləşdirilməsi və inkişafı üçün tədbirlər görmək;

- ali və orta ixtisas təhsili müəssisələri üçün universitet şəhərciklərinin (kampusların), tələbə yataqxanalarının yaradılmasını təşviq etmək;

- elmi tədqiqat, texniki konstruktor işlərinin kommersiyalaşdırılmasına, bu məqsədlə həyata keçirilən tədqiqatların maliyyələşdirilməsinə kömək göstərmək, tədqiqat nəticələrinin məhsula çevrilməsinə yardım etmək;

- elm və təhsil müəssisələrində aparılan elmi tədqiqatların müasir standartlar səviyyəsinə çatdırılmasına, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqinə kömək göstərmək, elmin informasiya təminatının gücləndirilməsi, beynəlxalq elmi əlaqələrin dərinləşdirilməsi sahəsində tədbirləri təşviq etmək;

- hüquqi və fiziki şəxslərin iştirakı ilə tədris-istehsalat sahələrinin qurulmasına şərait yaratmaq;

- ali təhsil müəssisələrinin təhsil tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək vermək;

- elm və ali təhsil sahələrində qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və ümumiləşdirmək;

- Azərbaycan Respublikası vətəndaşlarının yüksəkreytinqli xarici ali təhsil müəssisələrində və elm-təhsil mərkəzlərində təhsilinin təşkili və elmi fəaliyyəti üçün tədbirlər görmək;

- elm və ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi istiqamətində tədbirlər görmək;

- ali təhsil müəssisələrində ölkənin inkişaf prioritetlərinə uyğun ixtisas proqramları üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birlikdə beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsinin genişləndirilməsini təmin etmək;

- ömürboyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsinin tətbiqi üçün tədbirlər görmək;

- dövlət orta ixtisas təhsili müəssisələrində pedaqoji şuraların, dövlət ali təhsil müəssisələrində elmi şuraların təsdiq edilmiş əsasnaməyə uyğun təşkilinə və fəaliyyətinə nəzarət etmək;

- ali və orta ixtisas təhsili müəssisələrində idman-sağlamlıq və profilaktik işlərin təşkili ilə bağlı tədbirlər görmək, tələbələrin idman yarışlarında, turist yürüşlərində iştirakına, onların texniki və bədii yaradıcılığına, digər tədbirlərə dəstək vermək;

- müvafiq sahədə statistik məlumatları və hesabatları toplamaq, təhlil etmək və nəticələrini müvafiq orqanlara təqdim etmək;

- dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

- ali və orta ixtisas təhsili müəssisələrinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndən istifadəsini təmin etmək;

- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

- fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

- Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

- Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

- Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

- Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;

- Agentliyin fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək;

- Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Son xəbərlər
Bir gündə Qəzzada ən azı 71 fələstinli həlak olub
AL: "Qarabağ" "Elfsborq"a məğlub oldu
Lionel Messi Azərbaycan səfəri ilə bağlı paylaşım etdi
13 Dekabr 2024, 00:33
Netanyahu: Bir gün İran azad olacaq
"Qalatasaray" "Malmö" ilə heç-heçə etdi
Quterreş İsraili Suriyaya hücumları dayandırmağa çağırıb
Ərdoğan Blinkenlə görüşüb
Türkiyə və Ermənistan nümayəndələri görüş keçirib