25 İyul 2023, 19:09
Şəkidə “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” adlı üçgünlük seminar başlayıb (FOTO)
Şəkidə “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” adlı üçgünlük seminar başlayıb (FOTO) şəkil
Şəkidə “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” adlı üçgünlük seminar başlayıb (FOTO)

İyulun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) tərəfindən 25-27 iyul tarixlərində Şəki şəhərində gənclər üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə təşkil olunan “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” adlı layihənin açılış mərasimi keçirilib. 

Bu barədə "Operativ Media"ya Fonddan məlumat verilib.

Gənclər arasında milli-mənəvi dəyərlərimizin, Azərbaycançılıq məfkurəsinin və Heydər Əliyev irsinin təbliği, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə həyata keçirilən üçgünlük tədbirdə Şəki şəhəri ilə yanaşı, Balakən, Zaqatala və Qax rayonlarından olan ümumulikdə 60 nəfər gəncin iştirakı nəzərdə tutulmuşdur. 

Seminar çərçivəsində ekspertlər tərəfindən müxətlif mövzularda mühazirə və diskussiyaların təşkili, Fondun dəstəyi ilə hazırlanmış “Heydər Əliyev və azərbaycançılıq” və “Dəyərlərimizin dastanı” adlı filmlərin nümayişi, şəhər ərazindəki tarixi-mədəni abidələrin ziyarət edilməsi, “Dəyərlərimizi öyrənək” adlı intellektual yarış, eləcə də digər əhəmiyyətli tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

Son xəbərlər
Araqçi: ABŞ İranı vurmaq üçün İsrailə yaşıl işıq yandırıb
Bir sıra generalların vəzifədə olması üçün yaş senzinin ləğvi ilə bağlı qanuna dəyişiklik qüvvəyə minib
Milli Məclisin növbəti iclası iyunun 21-də keçiriləcək
Uşaq ədəbiyyatının mənəvi tərbiyədə rolu
Rusiya aviaşirkətlərinə 4 ölkənin hava məkanında uçuşlar qadağan edilib
Peskov: Rusiya İran və İsrail arasında gərginliyin kəskin artmasından narahatdır
Fridrix Merz: Almaniyadakı yəhudi qurumlarının müdafiəsi artırılacaq
Bəzi çaylarda sululuq artacaq