http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Gəncədə Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusundakonfrans başlayıb (FOTO)

25 İyul 2023 , 21:43
Gəncədə Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusundakonfrans başlayıb (FOTO)

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda 3 günlük konfrans öz işinə başlayıb.

Bu barədə "Operativ Media"ya Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib.

Konfransın açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, millət vəkili Musa Quliyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Tahir Abbasov və digər aidiyyəti qurumların nümayəndələri, habelə qərb bölgəsində fəaliyyət göstərən din xadimləri iştirak ediblər.

Konfransda çıxış edən Niyazi Bayramov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda sağlam dövlət-din münasibətləri formalaşıb. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da dini sahəyə xüsusi həssaslıqla yanaşırlar. İşğaldan azad olunmuş ərazilərdə dini məbədlərimizin bərpasına dövlət səviyyəsində ciddi önəm verildiyini deyən şəhər rəhbəri, Heydər Əliyev Fondunun dini və tarixi abidələrin tikinti-təmir işlərində xüsusi rol oynadığını diqqətə çatdırıb.

Məruzə ilə çıxış edən Sahib Nağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması, müxtəlif dinlərə və məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət və əməkdaşlıq ənənələrinin daha da gücləndirilməsi məqsədi ilə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Gəncə şəhərində təşkil olunan 3 günlük konfrans da bu amala xidmət edir.

Konfransda çıxış edənlər bildiriblər ki, Azərbaycan dünyəvi dövlət olsa da, xalqımız hər zaman öz milli-mənəvi dəyərlərinə sadiq qalıb. Azərbaycanın dövlət-din modeli zəngin tariximizə, eləcə də tolerant ənənələrimizə əsaslanır. Tarixən mövcud olan dini dözümlülük ənənələrinin qorunması və inkişafı hazırda da dövlətin əsas prioritetlərindəndir. Bütün bunlar da öz növbəsində Azərbaycandakı dövlət-din münasibətlərinin digər ölkələrə nümunə göstərilə biləcək səviyyədə olduğunu bir daha sübut edir.

Çıxışlardan sonra dinlənilən məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu