26 İyul 2023, 11:20
Narkotikin təsiri altında avtomobil sürən şəxs və sərnişini saxlanılıb
Narkotikin təsiri altında avtomobil sürən şəxs və sərnişini saxlanılıb şəkil
Narkotikin təsiri altında avtomobil sürən şəxs və sərnişini saxlanılıb

İyulun 24-də saat 21 radələrində Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində işıq cihazlarından düzgün istifadə olunmayan “Mercedes” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

"Operativ Media" xəbər verir ki, sürücü - Yevlax rayon sakini Pərviz Rüstəmovun və avtomobildə olan həmyerlisi, əvvəllər məhkum olunmuş Şaiq Şirinovun narkotik vasitənin təsiri altında olmaları müəyyən olunub. Onlar Hacıqabul Rayon Polis Şöbəsinə təhvil veriliblər.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan heroin, metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.

Son xəbərlər
Azərbaycanla İran sərhədində radiasiya fonunda çirklənmə aşkar edilməyib
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb
Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İran: İsrailin hücumları bizi diplomatik yoldan çəkindirdi
İran Prezidenti: Allahdan bir yardım və yaxın bir zəfər
İsrail müdafiə naziri: İran mülki ərazilərə hücuma görə dözülməz bədəl ödəyəcək
İranın İsrailə cavab tədbirləri başa çatıb - YENİLƏNİB
Gürcüstan Yaxın Şərqdə artan gərginlikdən narahatdır