Ölən restoran işçisinə görə cinayət işi başladı
Gozel Həşimova
Şəxsin ehtiyatsızlıqdan öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluqdan "Operativ Media"ya verilən məlumata görə, iyulun 26-da, saat 12 radələrində paytaxtın Səbail rayonunun Bibiheybət qəsəbəsində yerləşən restoranların birində işləyən 2002-ci il təvəllüdlü Azər Ömərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 2002-ci təvəllüdlü Rüfət Əkbərlinin iş yoldaşı Azər Ömərovu itələyərək yıxması, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net