26 İyul 2023, 16:48
Əlilliyin müəyyən olunması meyarlarında dəyişiklik edilib
Əlilliyin müəyyən olunması meyarlarında dəyişiklik edilib şəkil
Əlilliyin müəyyən olunması meyarlarında dəyişiklik edilib

Nazirlər Kabineti “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edib.

"Operativ Media" xəbər verir ki, əlilliyin qiymətləndirilməsi zamanı yaranmış boşluqların aradan qaldırılması, həmçinin əlilliyin müəyyən edilməsi üçün meyarların təkmilləşdirilməsi məqsədilə “Əlilliyin müəyyən olunması meyarları”na əlavələr, “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”ndə dəyişikliklər edilib.

Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri sütununa bir sıra yeni xəstəliklərin adları əlavə edilib.

Eyni zamanda əlavə edilmiş xəstəliklərin, habelə mövcud olan bir sıra xəstəliklərin ağırlıq dərəcələrinin, orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi zamanı əsas götürülmüş meyarlar təkmilləşdirilib.

Son xəbərlər
Azərbaycanla İran sərhədində radiasiya fonunda çirklənmə aşkar edilməyib
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb
Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İran: İsrailin hücumları bizi diplomatik yoldan çəkindirdi
İran Prezidenti: Allahdan bir yardım və yaxın bir zəfər
İsrail müdafiə naziri: İran mülki ərazilərə hücuma görə dözülməz bədəl ödəyəcək
İranın İsrailə cavab tədbirləri başa çatıb - YENİLƏNİB
Gürcüstan Yaxın Şərqdə artan gərginlikdən narahatdır