27 İyul 2023, 11:25
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
Məktəbəhazırlıq qruplarına qəbul başlayır şəkil
Məktəbəhazırlıq qruplarına qəbul başlayır

Avqustun 9-da saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.

Elm və Təhsil Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 11 avqust saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqust saat 11:00-da aktiv ediləcək.

Qeyd edək ki, 2023-2024-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Son xəbərlər
Azərbaycan və BƏƏ sənaye sahəsində əməkdaşlığı müzakirə edib
HƏMAS: İsrailin İrana hücumu regional partlayışa səbəb ola biləcək təhlükəli hadisədir
İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 95 nəfər yaralanıb - YENİLƏNİB
"Sabah"ın futbolçusu əməliyyat olundu
İsrail KİV Təbriz hava limanının tamamilə dağıdıldığını bildirir
Araqçi: ABŞ İranı vurmaq üçün İsrailə yaşıl işıq yandırıb
Bir sıra generalların vəzifədə olması üçün yaş senzinin ləğvi ilə bağlı qanuna dəyişiklik qüvvəyə minib
Milli Məclisin növbəti iclası iyunun 21-də keçiriləcək