27 İyul 2023, 17:15
Nizami rayonunda soyğunçuluq edən şəxs saxlanılıb
Nizami rayonunda soyğunçuluq edən şəxs saxlanılıb şəkil
Nizami rayonunda soyğunçuluq edən şəxs saxlanılıb

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə iyulun 22-də Bakı şəhər sakini B.Elyasovun “İphone” markalı mobil telefonunun soyğunçuluq yolu ilə naməlum şəxs tərəfindən talanması barədə məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Hüseynov müəyyən olunaraq saxlanılıb. Axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Araşdırma aparılır.

Son xəbərlər
Qubada ağır qəza olub
İƏT ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını pisləyib
Qərbi Azərbaycan İcması dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib
İran XİN: ABŞ bu müharibənin nəticələrinə görə məsuliyyət daşımalıdır
Fatih Altaylı həbs edilib
Qazaxıstanda təyyarə qəzaya uğrayıb
Azərbaycan cüdoçuları Avropa Kubokunda 5 medal qazandılar
XİN: İƏT çərçivəsində Qərbi Azərbaycan İcması ilə bağlı ilk qətnamə qəbul olunub