Qubada bələdiyyə sədrləri və sahibkar inzibati məsuliyyətə cəlb edilib

Redaksiya
Qubada bələdiyyə sədrləri və sahibkar inzibati məsuliyyətə cəlb edilib

Quba rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Quba  Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı şəhər ərazisində və rayonun Susay, Alpan, Hacıhüseynli kəndləri  ərazilərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin müvafiq  maddəsinin tələblərini pozduqlarına görə hər üç kəndin bələdiyyə sədrləri barələrində  eləcə də şəhər ərazisində obyekt sahibi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Digər xəbərlər