28 İyul 2023, 09:17
Qax, Zaqatala, İsmayıllı, Astarada torpaqlar Bakı ilə eyni qiymətə təklif edilir
Qax, Zaqatala, İsmayıllı, Astarada torpaqlar Bakı ilə eyni qiymətə təklif edilir şəkil
Qax, Zaqatala, İsmayıllı, Astarada torpaqlar Bakı ilə eyni qiymətə təklif edilir

Azərbaycanın bəzi bölgələrində topraq qiymətləri artıb.

“Operativ Media” xəbər verir ki, qiymət artımı xüsusilə turistlərin çox ziyarət etdiyi bölgələrdə müşahidə edilir. Qiymətlər isə rayonlara və torpağın yerləşmə yerinə görə dəyişir.

Qiymət artımı olan bölgələrdən biri də Qaxdır. Bu rayonda yol kənarlarındakı torpaqlar daha bahadır. Eyni zamanda, torpaq sahəsi azaldığı üçün həm rayon mərkəzində, həm də turistik zonalarda qiymətlər qalxıb.

Qax şəhərinin özündə həyətyanı torpaq sahələrinin 1 sotu 2500 manatdan 6000 manata qədər dəyişir. Hal-hazırda əmlak bazarında İlisu yolu istiqamətində yolkənarları sotu 8-10 min, hətta 12 min manata qədər həyətyanı torpaq sahəsi var. İlisuya doğru, Ağçay kəndinin özündə, İlisu kəndinin özündə isə torpağın qiyməti 1 sot üçün 5-6 min manat civarındadır.

Zaqatalanın kəndlərində isə qiymətlər Qaxdakından bir qədər aşağıdır. Ancaq bu rayon mərkəzində də qiymətlər cib yandırır.

Rieltorlar bildirir ki, Qaxda daha çox turizm zonası sahə olaraq genişdir deyə Zaqataladaki qiymətlərdən Qaxdakı torpaq sahələrinin qiyməti daha bahadır. Elə buna görə də Zaqatalada nisbətən ucuzdur. Zaqatalada  sotu 3-4 min manata alınacaq torpaq sahəsi Qax rayonunda 5-6 min manatdır. Zaqatalanın mərkəzində isə qiymətlər Bakı qiymətinə yaxındır.

İsmayıllıda da torpaq sahələrinin qiymətində artım müşahidə olunur. Rieltorlar deyir ki, xüsusilə, meşə və çaylara yaxın, havası sərin olan kəndlərdə torpaq daha bahadır. Qiymətlər isə sotuna görə 2 min manatdan başlayır. Çay kənarı yerlər isə 4-5 min manat arası dəyişir.

Əmlak eksperti Elnur Azadov isə  deyir ki, regionlarda kommunikasiya xətlərinə yaxın ərazilərə maraq daha çoxdur. Son illər, xüsusilə Xaçmaz, Şamaxı, İsmayıllı, Xızı, Lənkəran və Astarada torpaq sahələrinə tələbat artıb.

“Turist baxımından əlverişli ərazilərdə, hara ki, əhali axını yüksəkdir, daha çox bu kimi yerlərdə torpaqların qiymət artımı müşahidə olunur. Orta hesabla il ərzində bu kimi qiymətlərin artımı 5-15 faiz arasında müşahidə olunur. Dağətəyi rayonlarda daha çox bunlara üstünlük verilməyə başlayıb. Təbii ki, ölkəyə daxil olan xarici turistlərin də buna maraqları var. Bir nömrəli demək olar ki, sayılan ərazi Qəbələ-İsmayilli zonası sayılır. İkinci yerdə isə Quba, Qusar, Xaçmaz kimi zonalardır.

Ekspertin fikrincə, tələb-təklifə uyğun olaraq qiymətlər bundan sonra da artmaqda davam edəcək.

Son xəbərlər
İDF: Bütün İran pilotsuz təyyarələri İsrail sərhədləri xaricində məhv edilib
XİN ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb
Cüdo üzrə dünya çempionatının ilk günündə 3 Azərbaycan cüdoçusu mübarizə aparacaq
İsrail Hərbi Hava Qüvvələri Natanzdakı nüvə obyektini tamamilə dağıdılıb
Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlara müraciət edib
Misir hava limanlarını yüksək hazırlıq vəziyyətinə gətirilib
Cənubi Kipr Rum Administrasiyası ilə İsrail arasında uçuşlar dayandırılıb
Rəsmi Ankara İsrailin İrana endirdiyi zərbələri pisləyib