Bu tədris ilindən etibarən peşə təhsili sahəsində adambaşı maliyyələşmə tətbiq ediləcək
Bu tədris ilindən etibarən peşə təhsili sahəsində adambaşı maliyyələşmə sistemi tətbiq ediləcək.
"Operativ Media" xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov deyib.
Onun sözlərinə görə, 3 min tələbə maliyyələşmə əsasında peşə təhsili əldə edəcək.
C.Kərəmov əlavə edib ki, peşə təhsilinin təsnifatı da yeniləcək: "Prosesin növbəti iki il ərzində həyata keçirilməsi planlaşdırılır. 15 min şəxsin qısamüddətli ixtisasartırma proqramlarına cəlbi nəzərdə tutulur".
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma