Menyu

Xəzərdə batan şəxsin meyiti tapılıb

Xəzərdə batan şəxsin meyiti tapılıb
1 dəq oxu

Ötən gün Xəzərdə batan şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən "Operativ Media" ya verilən məlumata görə, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əlaqəli Xəbərlər