29 İyul 2023, 16:40
Arıçılar balsüzümü mövsümü ilə əlaqədar təlimlərə cəlb edilib
Arıçılar balsüzümü mövsümü ilə əlaqədar təlimlərə cəlb edilib şəkil
Arıçılar balsüzümü mövsümü ilə əlaqədar təlimlərə cəlb edilib

“AzerGold” QSC-nin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Daşkəsən rayonunda ikinci ildir ki, həyata keçirilən “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində fermerlər üçün növbəti təlimlər təşkil edilib.

Bu barədə "Operativ Media"ya KOBİA-dan məlumat verilib.

Bildirilir ki, əsas məqsədi Daşkəsəndə arıçılıq məhsullarının istehsal həcminin artırılmasına töhfə vermək olan nəzəri təlimlərdə rayonun Bayan, Quşçu, Çovdar kəndləri və Şadax yaşayış məntəqəsində fəaliyyət göstərən 32 fermerə balsüzümü, avadanlıqlardan istifadə, eləcə də məhsulların qablaşdırılması qaydaları barədə məsləhətlər verilib. Arıçılar layihə çərçivəsində cəlb edilmiş ekspert tərəfindən təbii balın normativləri üzrə fiziki-kimyəvi göstəriciləri, arı südü, propolis, güləm, mum kimi arıçılıq məhsullarının baytarlıq və sanitariya qaydalarına uyğun tədarükü barədə təlimatlandırılıblar. Təlim çərçivəsində qeyd edilən istiqamətlər üzrə metodiki təlimat bukletləri paylanılıb. Sonda təlim iştirakçılarına fərdi təsərrüfatların genişləndirilməsinə dəstək məqsədilə mum və çərçivələr hədiyyə edilib.

Qeyd edək ki, ötən il də daxil olmaqla layihəyə cəlb edilmiş 56 fermerə tam təchiz edilmiş 216 arı ailəsi, arı yeşikləri və digər zəruri ləvazimatlar təqdim olunub. Layihənin davamında arıçıların tədarük etdikləri balın istehsal prosesini asanlaşdırmaq məqsədilə Çovdar, Bayan və Quşçu kəndlərində yaşayan bütün arıçı-fermerlərin ümumi istifadəsinə balsüzən dəzgahların verilməsi nəzərdə tutulur.

Son xəbərlər
Araqçi: ABŞ İranı vurmaq üçün İsrailə yaşıl işıq yandırıb
Milli Məclisin növbəti iclası iyunun 21-də keçiriləcək
Uşaq ədəbiyyatının mənəvi tərbiyədə rolu
Rusiya aviaşirkətlərinə 4 ölkənin hava məkanında uçuşlar qadağan edilib
Peskov: Rusiya İran və İsrail arasında gərginliyin kəskin artmasından narahatdır
Fridrix Merz: Almaniyadakı yəhudi qurumlarının müdafiəsi artırılacaq
Bəzi çaylarda sululuq artacaq
İsrailin İrana hücumundan sonra Avropada qazın qiyməti 4% artıb