Menyu

Qaydaları pozan 7 sürücü inzibati məsuliyyətə cəlb olunub

Qaydaları pozan 7 sürücü inzibati məsuliyyətə cəlb olunub

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, keçirilən tədbirlər zamanı avtomobili konstruksiya dəyişikliyi edərək idarə edən 7 sürücü müəyyən edilib və həmin nəqliyyat vasitələrinin saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin olunub. Qaydaları pozan sürücülər arasında isə bir neçəsinin avtomobili sürücülük hüququ olmadan idarə etdiyi məlum olub.

Yol patrul xidmətinin əməkdaşları qayda pozuntusuna yol vermiş gənclərlə bir daha izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət etməyin vacibliyi onlara çatdırıblar. Qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbir görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər