Balakəndə yol qəzası olub, xəsarət alanlar var
Balakən rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Operativ Media” xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yük və minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda onların müayinəsi aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net