31 İyul 2023, 18:37
Goranboyda baytarlıq şəhadətnaməsi olmadan süd satışı həyata keçirən fermada nöqsanlar aşkarlanıb
Goranboyda baytarlıq şəhadətnaməsi olmadan süd satışı həyata keçirən fermada nöqsanlar aşkarlanıb şəkil
Goranboyda baytarlıq şəhadətnaməsi olmadan süd satışı həyata keçirən fermada nöqsanlar aşkarlanıb

Goranboy rayonunun Balakürd kəndində sahibkar Feyzulla Sovetxan oğlu Nəbiyeva məxsus iribuynuzlu və xırdabuynuzlu heyvanların yetişdirilməsi təsərrüfatında planlı yoxlama keçirilib.

Bu barədə “Operativ Media” ya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı heyvandarlıq təsərrüfatında qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların pozulduğu, mütəmadi təmizlik işlərinin aparılmadığı, yem əlavələrindən, baytarlıq preparatlarından, bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun istifadə edilmədiyi məlum olub. Həmçinin müəssisədə istehsal olunan süd və süd məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçmədən və baytarlıq şəhadətnaməsi (forma 2) olmadan satışının həyata keçirildiyi aşkar edilib.

Aşkar olunmuş faktla bağlı sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Son xəbərlər
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Paşinyan Brüsselə gedəcək
Tramp yaxın iki həftə ərzində İrana zərbə ilə bağlı qərar verəcək
Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada qızıl medal qazanıb
Liderlər "Maraş dondurması"nın dadına baxıblar - VİDEO
19 İyun 2025, 21:35