Əlahiddə Ümumqoşun Orduda yeni tədris dövrü başlayıb-Video

admin
Əlahiddə Ümumqoşun Orduda yeni tədris dövrü başlayıb-Video

2023-cü tədris ilinin ikinci tədris dövrünün başlanması ilə əlaqədar Əlahiddə Ümumqoşun Orduda tədbirlər keçirilib.

Bu barədə “Operativ Media” ya Müdafiə Nazirliyindən bildirilib.

Keçirilən mərasimlərdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Birləşmə və hissələrdə şəxsi heyətə sıra baxışı keçirilib və maddi-tədris bazaları yoxlanılıb.

Mərasimlərdə ötən tədris dövründə planlaşdırılmış tədbirlərin tam həcmdə icra olunduğu qeyd edilib, silahlanmaya yeni daxil olmuş silah və texnika, eləcə də qoşunlarda idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər haqqında şəxsi heyətə məlumat verilib və yeni tədris dövrü üçün əsas məqsəd və vəzifələr diqqətə çatdırılıb.

Bölmə komandirləri öhdəçilik götürərək digər bölmə komandirlərini də yeni tədris dövründə döyüş hazırlığı üzrə ən yaxşı olmaq üçün yarışlara dəvət ediblər. Çıxışların ardından şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

Şəkil Qalereyası

Əlahiddə Ümumqoşun Orduda yeni tədris dövrü başlayıb-Video - Şəkil 1
Əlahiddə Ümumqoşun Orduda yeni tədris dövrü başlayıb-Video - Şəkil 2
Əlahiddə Ümumqoşun Orduda yeni tədris dövrü başlayıb-Video - Şəkil 3
Əlahiddə Ümumqoşun Orduda yeni tədris dövrü başlayıb-Video - Şəkil 4
Əlahiddə Ümumqoşun Orduda yeni tədris dövrü başlayıb-Video - Şəkil 5
Əlahiddə Ümumqoşun Orduda yeni tədris dövrü başlayıb-Video - Şəkil 6

Digər xəbərlər