3 nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
3 nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə "Operativ Media"ya Sabirabad rayon prokurorluğunun məlumat verilib.
İyulun 31-i saat 11 radələrində Sabirabad rayonun Cavad kəndi ərazisindən keçən su kanalında 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 2007-ci il təvəllüdlü Orxan Əlizadə və onun qohumları - əkiz qardaşlar 2011-ci Nihad və Əjdər Əlizadənin elektrik cərəyanı vurması nəticəsində ölməsi müəyyən edilib.
Fakta görə Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net