http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Xaricdə ali təhsil almış şəxslər bu gün peşə tanınması üzrə imtahan verəcəklər

01 Avqust 2023 , 08:11
Xaricdə ali təhsil almış şəxslər bu gün peşə tanınması üzrə imtahan verəcəklər

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanı keçiriləcək.

"Operativ Media" xəbər verir ki, imtahan müvafiq ixtisaslara uyğun olaraq saat 11:00 və 14:00-da başlayacaq. Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunacaq. Onlardan 20 test tapşırığı ixtisas üzrə, 10 test tapşırığı isə sahələr üzrə bacarıq və səriştələri yoxlayan tapşırıqlardır. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün azı 15 bal toplaması tələb olunur. İmtahan proqramları və tapşırıq nümunələri DİM-in saytında yerləşdirilib.

Ərizəçi imtahanın başlanmasından azı 1 saat öncə gəlməli və imtahan binasına daxil olarkən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.

OXŞAR XƏBƏRLƏR
Milli Məclisin İntizam komissiyası formalaşdırılıb

Milli Məclisin İntizam komissiyası formalaşdırılıb

Azərbaycanda abituriyent hazırlıq kurslarının qiymətləri - SİYAHI

Azərbaycanda abituriyent hazırlıq kurslarının qiymətləri - SİYAHI

Tələbələrin köçürülməsi yekunlaşıb

Tələbələrin köçürülməsi yekunlaşıb

XƏBƏR LENTİ
  • 01:11

    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
  • Dünən
    23:39

    Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • Dünən
    23:26

    Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib
  • Dünən
    23:13

    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
  • Dünən
    23:11

    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
  • Dünən
    23:05

    Ərdoğan Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
  • Dünən
    23:00

    Rusiya XİN: Moskva nüvə tərksilahı prosesinin sürətləndirilməsinə qarşıdır
  • Dünən
    22:42

    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
Menyu