http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Tikintiyə icazələrin verilməsi sahəsində aşkar edilən korrupsiya faktları üzrə cinayət işi başlanıb

01 Avqust 2023 , 20:41
Tikintiyə icazələrin verilməsi sahəsində aşkar edilən korrupsiya faktları üzrə cinayət işi başlanıb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tikintiyə icazələrin verilməsi sahəsində baş verən korrupsiya hallarına qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - Baş memar Sahil Qənbərli, Cəlilabad bələdiyyəsinin sədri Mehdi Kərimov və rayonun Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyevin qanunsuz əməlləri ifşa edilib. 

Bu barədə "Operativ Media"ya Baş prokurorluqdan məlumat verilib.

Həyata keçirilmiş tədbirlərlə Sahil Qənbərlinin Mehdi Kərimovla əlbir olaraq Cəlilabad şəhəri ərazisində torpaq sahələrinin ayrılması və sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi üçün vətəndaşlardan ümumilikdə 44 min manat məbləğində pul vəsaitini almasına əsaslı şübələr müəyyən edilib və həmin şəxslər cinayət başında yaxalanıb.

Bundan başqa, Əmrah Quliyevin Üçtəpə kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair sənədin verilməsi vədi ilə vətəndaşların 3 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülmüşdür.

Göstərilən faktlarla bağlı başlanmış cinayət işi üzrə Sahil Qənbərli və Mehdi Kərimov müvafiq olaraq Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma), Əmrah Quliyev isə həmin Məcəllənin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Sahil Qənbərli və Mehdi Kərimovun barəsində məhkəmənin qərarilə həbs və vəzifədən kənarlaşdırma, Əmrah Quliyevin barəsində  məhkəmənin qərarilə vəzifədən kənarlaşdırma, istintaq orqanının qərarilə isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

11 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

11 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

TTKF: Yeni tədris ilində 5300 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib

TTKF: Yeni tədris ilində 5300 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib

XƏBƏR LENTİ
  • 15:15

    İrəvan sərhədlərin delimitasiyası komissiyalarının işi haqqında əsasnamənin nəzərdən keçirilməsini başa çatdırıb
  • 15:12

    Məhkəmə “Bernetto” şirkətini yenidən cərimələyib
  • 15:11

    Azərbaycan və Belarus fövqəladə hallar nazirləri “ADEX” sərgisini ziyarət edib
  • 14:58

    Energetika naziri “Wind Energy Hamburg” tədbirində iştirak edib
  • 14:54

    Mikayıl Cabbarov Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayevlə görüşüb
  • 14:42

    Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb
  • 14:40

    İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 558-ə yüksəlib
  • 14:37

    Azərbaycanda “Xankəndi” Futbol Klubu yaradılıb
Menyu