Bakıda bir marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakıda sərnişin daşıma fəaliyyəti göstərən 125 nömrəli müntəzəm marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Bu barədə "Operativ Media"ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, buna səbəb Nəsimi rayonunda Neftçilər prospektində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrin hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir. Odur ki, sözügedən xətt üzrə avtobuslar alternativ küçə ilə hərəkət edəcək.
Məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə fəaliyyəti təmin olunacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net