03 Avqust 2023, 20:26
Azərbaycanda xəstəxananın şöbə müdiri cinayət məsuliyyətinə cəlb edilib
Azərbaycanda xəstəxananın şöbə müdiri cinayət məsuliyyətinə cəlb edilib şəkil
Azərbaycanda xəstəxananın şöbə müdiri cinayət məsuliyyətinə cəlb edilib

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Salyan rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Vərəm şöbəsinin müdiri Xanış Abbasovun qanunsuz əməlləri ifşa olunub.

Bu barədə "Operativ Media"ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Xanış Abbasovun əlillik dərəcəsinin təyin olunması üçün müxtəlif şəxslərdən aldığı rüşvət müqabilində xəstəlik diaqnozu və stasionar müalicəyə dair tibbi sənədlərin məzmununa yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə əldə edilmiş ilkin sübutlar əsasında Xanış Abbasov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq yaşı və səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarətinə vermə növündə qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxsin digər qanunazidd əməllərinin, habelə iş üzrə digər təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər
Ərdoğan Blinkenlə görüşüb
Türkiyə və Ermənistan nümayəndələri görüş keçirib
"Qarabağ" - "Elfsborq" matçının start heyətləri açıqlandı
Blinken Ankaraya səfər edib - FOTO
Bakıda 3 gün kitab festivalı keçiriləcək
FHN Kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Tramp Kapitoliya basqınında təqsirli bilinənləri əfv edəcək
Ömər aşırımına qar yağıb