http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 8 ° C

SN yeni doğulan uşaqlarda nevroloji problemlərin əlamətlərini açıqlayıb

04 Avqust 2023 , 11:11
SN yeni doğulan uşaqlarda nevroloji problemlərin əlamətlərini açıqlayıb

Mərkəzi sinir sisteminin zədələnməsi baş beynin və onurğa beyninin formalaşdığı bətndaxili inkişafdan başlayaraq uşağın inkişafının müxtəlif dövrlərində yarana bilər.

"Operativ Media" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Leyla Rəhimova deyib.

O, bildirib ki, doğulduqdan sonra uşaqlarda nevroloji xəstəliklərin əsas səbəbləri kimi kəskin və xroniki stres, infeksiya, travma, törəmələr və s. göstərmək olar.

O, uşaqlarda tez-tez rast gəlinən patologiyalara yuxu pozğunluğu, baş ağrıları, nitqin və mental inkişafın geriliyi, qıcolmalar və müxtəlif nevrozların aid olduğunu vurğulayıb.

"Neonatal dövr körpə üçün xarici mühitə uyğunlaşmasında həlledicidir. Neonatal dövr doğulandan 28 gününə qədər davam edir. Hamiləlik dövrün fizioloji vəziyyət qənaətbəxş olduqda və doğuş fəsadsız keçdikdə, yenidoğulanlarda əsas qiymətləndirilmə neonatoloq tərəfindən aparılır. Əgər nevroloji simptomlar qeyd olunarsa, körpə neonatoloq tərəfindən nevroloqa yönəldilir. Həmçinin valideynlər özləri nevroloji simptomları müşahidə edə bilərlər. Bu dövrdə körpədə sianoz tutmaları (ağlayarkən göyərmələr), yuxu pozğunluğu, əyriboyunluluq, əzələ tonusunun pozğunluğu (uşaq ya süst və ya əksinə çox gərgin vəziyyətdə olur), əmgəyin qabarıq olması, qıcolmalar və s. kimi əlamətlər nevroloji xəstəliklərin simptomları ola bilər".

OXŞAR XƏBƏRLƏR
Boşanmaların sayının artması "TikTok" və digər sosial şəbəkələrin bizə olan "hədiyyəsidir" - Sosioloq

Boşanmaların sayının artması "TikTok" və digər sosial şəbəkələrin bizə olan "hədiyyəsidir" - Sosioloq

İxracdan əldə olunan külli miqdarda pulu ölkəyə qaytarmayan şəxslər məsuliyyətə cəlb edilib

İxracdan əldə olunan külli miqdarda pulu ölkəyə qaytarmayan şəxslər məsuliyyətə cəlb edilib

Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcək

Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcək

XƏBƏR LENTİ
  • 08:40

    Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb
  • 08:38

    Azərbaycan Kuboku: 1/8 final mərhələsi start götürür
  • 08:11

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 07:59

    DİN Sumqayıtdakı partlayışla bağlı məlumat yayıb
  • 07:47

    FHN: Sumqayıtda partlayışın baş verdiyi əraziyə xilasedicilər cəlb olunub
  • 07:31

    Sumqayıtda yaşayış binasında partlayış baş verib - VİDEO
    Sumqayıtda yaşayış binasında partlayış baş verib - VİDEO
  • 07:30

    Gürcüstanın Çexiyadakı səfiri istefa verib
  • 07:00

    Azərbaycanın Riqadakı səfirliyi Beynəlxalq Milad Yarmarkasında təmsil olunub
Menyu