
Yay aylarında sürücülərin əksəriyyəti avtomobillərində kondisionerdən istifadə edirlər. Bəzi avtomobillərdə soyutma temperaturu 15 dərəcədən başlayır. 15 dərəcə isti hava qarşısında olduqca soyuqdur. Bu cür aşağı temperaturun nə kimi müxtəlif fəsadları ola bilər? Bəs yay aylarında sürücülər həm sağlamlıq, həm də sərinlik üçün kondisionerdən necə istifadə etməlidirlər?
Nəqliyyat üzrə ekspert Aslan Əsədov “Operativ Media”ya bildirib ki, avtomobilində kondisionerdən istifadə edən sürücülər hər bir saat, ən geci saat yarımdan bir fasilə verməlidirlər:
“Kondisionerin insan sağlamlığına çox ciddi fəsadları olur, ona görə də sürücülər uzun müddət işlək saxladıqları kondisionerə 10-15 dəqiqəlik fasilə verməlidirlər. Çünki normal temperatur 20 dərəcədir, 15 dərəcə olan temperatur isə qan-damar və sinir sisteminə mənfi təsir göstərir və qanda qatılığa səbəb olur. Bu isə ürək problemi olan insanlar üçün ciddi fəsadlarla nəticələnə bilər”.
Sevinc İbrahimzadə