http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Qanunsuz fəaliyyət göstərən pendir anbarının fəaliyyəti məhdudlaşdırılıb (FOTO)

04 Avqust 2023 , 20:43
Qanunsuz fəaliyyət göstərən pendir anbarının fəaliyyəti məhdudlaşdırılıb (FOTO)

Bakıda qanunsuz fəaliyyət göstərən pendir anbarının fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə "Operativ Media"ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq qəsəbəsi, N.Gəncəvi küçəsində fəaliyyət göstərən, fiziki şəxs İsmayılov Nəcbəddin İsmayıl oğluna məxsus anbarda yararsız pendir məhsullarının qablaşdırılması və etiketlənməsi ilə bağlı daxil olan vətəndaş müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, anbarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qanunvericiliyə uyğun olaraq etiket və markalanması olmayan 220 kq saçaq pendir, 90 ədəd 250 qramlıq mozzarella pendiri, ümumi çəkisi 145 kq sosiska məhsulu, 350 kq pendir, 56 kq süzmə şor, istifadə müddəti bitmiş 7 ədəd 16 kiloqramlıq qatıq aşkarlanıb.

Həmçinin, məhsulların divar və döşəmədən ara məsafə gözlənilmədən saxlanıldığı, işçi heyətin dolablar, sanitar məişət avadanlıqları ilə təchiz edilmiş soyunub geyinmə sahəsi və xüsusi geyimlərlə (saç toru, önlük, xalat, əlcək və s.) təmin edilmədiyi, mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı açıq zibil qutularında saxlanıldığı məlum olub. Sosiska məhsullarının müşayiətedici sənədləri və işçilərin dövri tibbi müayinədən keçmələrinə dair sənədlər yoxlamaya təqdim edilməyib.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR
Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

11 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

11 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

TTKF: Yeni tədris ilində 5300 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib

TTKF: Yeni tədris ilində 5300 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib

XƏBƏR LENTİ
  • 08:55

    Bakıda şüphəli şəxs polisə bıçaqla müqavimət göstərib, atəş açılıb
  • 08:23

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:15

    Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizdə səfərdədir
  • 07:38

    Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə görüşüb
  • 07:11

    Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşüb
  • 07:02

    Komitə Blinkeni Konqresə hörmətsizlikdə ittiham edən qətnaməni təsdiqləyib
  • 06:54

    Azərbaycan ağırlıqqaldıranları dünya birinciliyində çıxışlarını başa vurublar
  • 06:29

    Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə görüşüb
Menyu