Avqustun 6-da saat 06 radələrində paytaxtın Xətai rayonunun Məzahir Rüstəmov küçəsində 1988-ci il təvəllüdlü Dmitri Potapovun kəsilmiş-deşilmiş yara alması və həmin xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Operativ Media"ya Xətai rayon prokurorluğundan bildirilib.
Araşdırma zamanı hadisənin 1993-cü il təvəllüdlü Ülvi Muradzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanaraq istintaq aparılır. Ülvi Muradzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
*** 09:23
Avqustun 6-də saat 05 radələrində Xətai rayonu Məzahir Rüstəmov küçəsində 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Potapov Dimitri İqoyeviçin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması və orada ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən edilib saxlanılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Muradzadə Ülvi Təzəxan oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.