DİN azyaşlılarla bağlı müraciət yayıb (FOTO)

admin
DİN azyaşlılarla bağlı müraciət yayıb (FOTO)

 

Çimərliklərdə istirahət edən valideynlərin azyaşlı övladlarını nəzarətsiz qoymaları halları müşahidə edilir. 

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, bu gün 42 uşağın paytaxt çimərliklərində itməsi ilə bağlı DİN-nə məlumatlar daxil olub. Dərhal çimərliklərdə təhlükəsizlik tədbirlərinə cəlb edilən polis əməkdaşları məlumatlar üzrə əlaqələndirilməklə, həmin uşaqların tapılması təmin edilərək ailə üzvlərinə təhvil verilib. 

Vətəndaşlardan xahiş edirik ki, övladlarını nəzarətsiz qoymasınlar. 

DİN tərəfindən respublikamızın bütün istirahət rayonları üzrə təhlükəsizlik və ictimai qaydanın effektiv qorunması məqsədilə xidmət təşkil edilib, xidmətə əlavə qüvvə çıxarılıb. Hazırda bütün rayonlar üzrə xidmət davam etdirilir.

Şəkil Qalereyası

DİN azyaşlılarla bağlı müraciət yayıb (FOTO) - Şəkil 1
DİN azyaşlılarla bağlı müraciət yayıb (FOTO) - Şəkil 2
DİN azyaşlılarla bağlı müraciət yayıb (FOTO) - Şəkil 3
DİN azyaşlılarla bağlı müraciət yayıb (FOTO) - Şəkil 4
DİN azyaşlılarla bağlı müraciət yayıb (FOTO) - Şəkil 5

Digər xəbərlər