07 Avqust 2023, 18:30
“Kondisioner sərinliyi müxtəlif xəstəliklərə səbəb olur” - HƏKİM
“Kondisioner sərinliyi müxtəlif xəstəliklərə səbəb olur” - HƏKİM şəkil
“Kondisioner sərinliyi müxtəlif xəstəliklərə səbəb olur” - HƏKİM

İsti havalar sayəsində günün istənilən vaxtı istənilən məkanda kondisioner sərinliyinə zərurət yaranır. Kondisionerdən gələn süni soyuqluq  insanları yayın dözülməz istisindən xilas etməyə kömək olsa da, sağlamlığa da təsirsiz ötüşmür. 

Tibb üzrə ekspert, həkim Adil Qeybulla “Operativ Media”ya bildirib ki, kondisionerin hava yollarının təmizliyi şərtdir, çünki orada tənəffüs yollarında iltihab prosesi törədən mikroorqanizmlərin artıb çoxalması mümkündür.

“Qışdan yaya keçəndə kondisionerin hava yolları təmizlənməli və yuyulmalıdır. Çünki bu yollarda tənəffüs yollarında iltihab prosesi törədən mikroorqanizmlərin arta və çoxala bilər. Bu da kondisioner xəstəliyi deyilən “ligenlos xəstəliyi”ni yarada bilər ki, nəfəs yollarına düşərək iltihab törədər. Kondisioner işlədiləndə onun ilkin havası bayıra çıxsa daha yaxşı olar, xüsusilə maşında, otaqda və s. məkanlarda pəncərələrin azı 15 saniyə, kompressor işə düşənə qədər açıq qalması məqsədəuyğundur”.

Həkimin sözlərinə görə, kondisionerin bayır havası ilə aralarında 5-6 dərəcə fərq olmağı çox vacibdir:

“Çünki bayırda 35-40 dərəcə isti olanda kondisioneri 18 dərəcəyə qoyanda bu fərq tam ödənilmir. Kondisionerin məqsədi  hava buxarlarını otaqdan alıb bayıra çıxartmaq, havanı sərinləşdirmək və boğucu havanı aradan götürməkdir, lakin həddən artıq kondisionerdən istifadə məqsədəuyğun deyil. Kondisioner altında yatmaq isə təhlükəlidir. Bu bəzən döş qəfəsinin xəstəliklərinə, eksudativ plevritə gətirib çıxara bilər. Xüsusilə maşında, bəzən kondisenin hava dalğasının üzə vurulması sonrası üz sinirin iflici, pnevmaniya ilə nəticələnə bilər”.


Sevinc İbrahimzadə

Son xəbərlər
Xəzər dənizində zəlzələ olub
Pənah Hüseyn AXP sədrliyindən istefa verdi
"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir
İsrailin Zəncana endirdiyi zərbə nəticəsində 2 SEPAH hərbçisi həlak olub
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək