"Azərsu" kəskin istilər səbəbiylə əhaliyə verilən suyun həcmini artırıb
Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərsu” ASC Bakı və Abşeron yarımadası, həmçinin regionlarda mənbələrdən ötürülən suyun həcmini artırıb.
Bu barədə "Operativ Media"ya qurumdan bildirilib.
Buna səbəb son günlər ölkədə kəskin istilərin müşahidə edilməsidir.
Əlavə olaraq anbar ehtiyatlarının toplanması və şəbəkələrin tənzimlənməsi işləri də həyata keçirilir.
Qurum hidrometeroloji proqnozlara görə kəskin istilərin qarşıdakı günlərdə də davam edəcəyini nəzərə alaraq istehlakçılardan bu günlərdə içməli sudan mümkün qədər qənaətlə istifadə etmələri və su israfçılığına yol verməmələrini xahiş edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net