http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Bakıda havanın keyfiyyəti necədir?

08 Avqust 2023 , 20:18
Bakıda havanın keyfiyyəti necədir?

Ölkə ərazisində atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları, Sumqayıt və Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

"Operativ Media" xəbər verir ki, bu barədə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ceyhun Muradov bildirib.

O, qeyd edib ki, stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı 1.3, dəm qazı 1.7, kükürd qazı 1.1, Sumqayıt şəhərində isə dəm qazının miqdarı 1.2 dəfə normadan yüksək müəyyən edilib.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir. Dəm və kükürd qazlarının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktorunun səbəb olduğu digər təsirlərlə əlaqədardır”, - o vurğulayıb

C.Muradov qeyd edib ki, ümumiyyətlə, son günlərdə cənub istiqamətli isti hava axınlarının, eləcə də, cənub-şərq istiqamətli küləklərin üstünlük təşkil etməsi ilə əlaqədar ölkə ərazisində temperaturun yüksəlməsi və durğun hava şəraiti müşahidə olunur.

Yağıntıların az olması isə hava keyfiyyət göstəricilərindən istər dispers toz hissəciklərinin, istərsə də çirkləndirici qaz qarışıqlarının miqdarının normadan yüksək olmasına səbəb olur.

Həftəsonuna qədər davam edəcək isti hava şəraitində meteohəssas insanların açıq havada az olması, tez-tez maye qəbul etməsi məsləhət görülür.//Report//

OXŞAR XƏBƏRLƏR
DSMF: Sentyabrın bütün sosial ödənişləri yekunlaşıb

DSMF: Sentyabrın bütün sosial ödənişləri yekunlaşıb

Sabiq şöbə rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov barəsində hökmlərdən apellyasiya protesti verilib

Sabiq şöbə rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov barəsində hökmlərdən apellyasiya protesti verilib

Təhsilin İnkişafı Forumunun spikerlərinin adları açıqlanıb

Təhsilin İnkişafı Forumunun spikerlərinin adları açıqlanıb

XƏBƏR LENTİ
  • 01:02

    XİN başçısının müavini G20 XİN başçılarının toplantısında çıxış edib
    XİN başçısının müavini G20 XİN başçılarının toplantısında çıxış edib
  • 00:59

    AL: "Qalatasaray" PAOK-u məğlub etdi
  • Dünən
    23:40

    "Tottenhem"in baş məşqçisi: "Qarabağ" təcrübəli Avropa komandasıdır"
  • Dünən
    23:37

    Leyla Əliyeva 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində olub
  • Dünən
    23:01

    AL: "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Dünən
    22:43

    Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib
  • Dünən
    22:33

    Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib
  • Dünən
    22:15

    Qurban Qurbanov: "Çox düzgün, səliqəli və intizamlı oynamalıyıq"
Menyu