10 Avqust 2023, 11:50
Bir neçə rayonda ağacların kəsilməsi faktı aşkarlanıb
Bir neçə rayonda ağacların kəsilməsi faktı aşkarlanıb şəkil
Bir neçə rayonda ağacların kəsilməsi faktı aşkarlanıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində 1 ağacın kəsilməsi, Şəki rayonunun Cəfərəbad kəndində, Saatlı rayonunun Qara Nuru kəndinin ərazisində fəaliyyət göstərən kafenin həyətində, Saatlı şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən “Xan-Bağı” restoranının həyətində və Şirvan şəhərinin Energetik 2T ünvanında isə ağacların zədələnməsi faktları müəyyən edilib.

"Operativ Media" xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Qəbələ rayonunda vətəndaş Mayıs Abdurəhmanov tərəfindən kəsildiyi, Şəki rayonunda vətəndaş Nəsib Əskərov, Saatlı rayonunun Qara-Nuru kəndindəki kafenin nümayəndəsi İlham Səfərov, Saatlı şəhərində “Xan-Bağı” restoranının iş icraçısı Elşən Nərimanov, Şirvan şəhərində isə vətəndaş Tarverdi Dövlətov tərəfindən zədələndiyi məlum olub.

“Faktlarla bağlı akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

Son xəbərlər
Dəməşq terrorçusunun kimliyi açıqlanıb
Suriyada kilsədə partlayış olub
Qubada ağır qəza olub
İƏT ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını pisləyib
Qərbi Azərbaycan İcması dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib
İran XİN: ABŞ bu müharibənin nəticələrinə görə məsuliyyət daşımalıdır
Fatih Altaylı həbs edilib
Qazaxıstanda təyyarə qəzaya uğrayıb