Menyu

Sabirabadda 1 tondan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Nərmin Qocamanlı
Sabirabadda 1 tondan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Sabirabad Rayon Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Surra kəndi ərazisində yabanı halda bitən və ümumi çəkisi 1 ton 200 kiloqram olan 2200 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər