Sumqayıtda 5 otaqlı evdə yanğın olub
Sumqayıt şəhərində ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin zirzəmisində 50 m² sahədə əşyalar, 1 otağın yanar konstruksiyaları 20 m² sahədə və ev əşyaları, digər otaqda 1 ədəd mebel dəsti, 1 ədəd pəncərə çərçivəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Operativ Media"ya verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən evin zirzəmisindən həcmi 30 və 50 litr olan 2 ədəd propan qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net