http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

“Təhsil avtobusu” budəfəki səfərinə Şərqi Zəngəzurdan başlayacaq

14 Avqust 2023 , 12:38
“Təhsil avtobusu” budəfəki səfərinə Şərqi Zəngəzurdan başlayacaq

Avqustun 14–dən 22-dək “Təhsil avtobusu – gələcəyə doğru” yay məktəbi keçiriləcək.

Bu barədə "Operativ Media"ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, layihənin məqsədi şagirdlərə yeni bacarıq və vərdişlər qazandırmaq, onlarda həyata fərqli baxış, dünyagörüşünün formalaşmasına təsir etmək və Heydər Əliyev irsini təbliğ etməkdir.

Təhsil avtobusu Bakı şəhərindən yola düşərək Zəngilan (Ağalı kəndi)–Laçın–Neftçala–Göyçay–Qazax–Tərtər (Talış kəndi)–Qax–Bakı marşrutu üzrə hərəkət edəcək.

Yay məktəbi adıçəkilən bölgələrdəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri orta və yüksək olan VI-IX sinif şagirdlərini əhatə edəcək. Layihə çərçivəsində şagirdlər kodlaşdırma, robototexnika, yaradıcı düşünmə bacarıqları, ilkin sahibkarlıq anlayışları, ünsiyyət və təqdimat bacarıqları, STEAM metodologiyası üzrə təlimlərdə, həmçinin intellektual oyunlarda iştirak edəcəklər. İştirakçılara sertifikat və hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, 2016-cı ildən hər il müxtəlif konsepsiya ilə yola çıxan “Təhsil avtobusu” layihəsinə respublikanın 29 bölgəsi üzrə 900-dən artıq şagird və tələbə cəlb edilib. Layihə Elm və Təhsil Nazirliyi, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin təşkilatçılığı və Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə “Azərbaycan üçün öyrət” proqramı çərçivəsində həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu