http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Yelo Bank “Yelaw Boot Camp” proqramını elan edir

14 Avqust 2023 , 16:10
Yelo Bank “Yelaw Boot Camp” proqramını elan edir

Gənclər üçün təcrübə proqramları və silsilə layihələr həyata keçirən Yelo Bank növbəti proqrama start verir. Bu dəfə “Yelaw Boot Camp” proqramı vasitəsilə bank fəaliyyətinin hüquqi tənzimlənməsi üzrə kadr hazırlığı həyata keçiriləcək. Layihəyə seçilən gənclər praktiki biliklərə yiyələnəcək, korporativ iş mühiti ilə tanış olacaq və real karyera imkanı əldə edəcəklər.

Ali təhsil müəssisələrin hüquq üzrə bakalavr və magistr pilləsində təhsil alan, eləcə də yenicə məzun olmuş gənclər proqrama müraciət edə bilərlər. Müraciətlər onlayn qaydada aparılır, iştirak etmək istəyənlər BURADAN qeydiyyatdan keçə bilərlər. Tələblərə uyğun namizədlər test mərhələsini keçdikdən sonra müsahibəyə dəvət ediləcək. Hər iki mərhələdən uğurla keçən 15 gənc proqramda iştirak hüququ qazanacaq. 

5 həftə ərzində iştirakçılar bank fəaliyyətinin hüquqi tənzimlənməsinə dair təkcə nəzəri deyil, həm də praktiki biliklərə yiyələnəcəklər. Bankın təşkil etdiyi təlimlər peşəkar hüquqşünaslarının mentorluğu ilə baş tutacaqdır. Proqramı uğurla başa vurmuş iştirakçılar dərhal Yelo Bank-da işlə təmin olunacaqlar.

Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq Yelo Bank təcrübəsiz, lakin istedadlı kadrların yetişdirilməsinə və onların inkişafının dəstəklənməsinə önəm verir. Bu və digər layihələr ilə bağlı ətraflı məlumatı yelo.az veb-saytını ziyarət edərək və ya Bankın rəsmi sosial media hesablarına yazaraq əldə edə bilərsiniz.

Valyuta məzənnəsi haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram və ya Whatsapp hesablarımıza yazın. 

Yelo Bank – Parlaq bankçılıq!

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu