16 Avqust 2023, 16:08
"Yay məktəbi"nin açılış mərasimi baş tutub - FOTOLAR
"Yay məktəbi"nin açılış mərasimi baş tutub - FOTOLAR şəkil
"Yay məktəbi"nin açılış mərasimi baş tutub - FOTOLAR

Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri və tələbələr üçün təşkil olunmuş "Yay məktəbi"nin açılış mərasimi olub.

"Operativ Media" xəbər verir ki, Avqustun 15-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Oğuz rayonunda Fondun könüllüləri və tələbələr üçün təşkil olunan "Yay məktəbi" öz işinə başlayıb. Açılış mərasimində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nicat Kərimov, YAP Oğuz təşkilatının sədri Mehman Ramazanov, Oğuz rayon Gənclər və idman sektorunun müdiri Şaiq Rüstəmovun məruzələri dinlənilib. 

Çıxışlar zamanı bildirilib ki, belə tədbirlərin təşkil edilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizin inkişafında, maddi-mədəni irsimizin qorunmasında, həmçinin tarixən formalaşmış dəyərlərimizin gələcək nəsillərə ötürülməsində könüllülərin rolunu artırmaqdır.

Xatırladaq ki, "Yay məktəbi" çərçivəsində tədbirə dəvət olunmuş ekspertlərin məruzələri dinləniləcək, Oğuz rayonunda yerləşən bir sıra tarixi məkanlara ekskursiyalar təşkil olunacaq, maraqlı viktorinalar keçiriləcək.

Son xəbərlər
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Paşinyan Brüsselə gedəcək
Tramp yaxın iki həftə ərzində İrana zərbə ilə bağlı qərar verəcək
Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada qızıl medal qazanıb
Liderlər "Maraş dondurması"nın dadına baxıblar - VİDEO
19 İyun 2025, 21:35
Sertifikatlaşdırma imtahanları vahid sistem vasitəsilə izlənilir