16 Avqust 2023, 19:23
Salyanda qatarın piyadanı vurması ilə bağlı cinayət işi açılıb
Salyanda qatarın piyadanı vurması ilə bağlı cinayət işi açılıb şəkil
Salyanda qatarın piyadanı vurması ilə bağlı cinayət işi açılıb

Salyan-Salmanlı dəmiryol xətinin Salyan şəhəri ərazisindən keçən 45-ci km-də qatarın qadını vurması ilə bağlı cinayət işi açılıb.

Bu barədə "Operativ Media" ya Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.

"Avqustun 16-sı saat 10 radələrində Salyan-Salmanlı dəmiryol xətinin Salyan şəhəri ərazisindən keçən 45-ci km-də hərəkətdə olan qatarın 1969-cu il təvəllüdlü Səadət Dadaşovanı vurması nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır", - Baş prokurorluqdan qeyd edilib.

Son xəbərlər
İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 95 nəfər yaralanıb - YENİLƏNİB
"Sabah"ın futbolçusu əməliyyat olundu
İsrail KİV Təbriz hava limanının tamamilə dağıdıldığını bildirir
Araqçi: ABŞ İranı vurmaq üçün İsrailə yaşıl işıq yandırıb
Bir sıra generalların vəzifədə olması üçün yaş senzinin ləğvi ilə bağlı qanuna dəyişiklik qüvvəyə minib
Milli Məclisin növbəti iclası iyunun 21-də keçiriləcək
Uşaq ədəbiyyatının mənəvi tərbiyədə rolu
Rusiya aviaşirkətlərinə 4 ölkənin hava məkanında uçuşlar qadağan edilib