Sumqayıtda 11 nəfər şəxs zəhərlənib, araşdırma aparılır
Avqustun 16-da Sumqayıt şəhərində yerləşən sexlərdən birində işləyən 11 nəfər şəxsin zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına müraciət etmələri barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Operativ Media"ya Sumqayıt şəhər prokurorluğundan bildirilib.
İlkin araşdırma zamanı həmin şəxslərin həşərat əleyhinə dərman preparatından zəhərlənməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net