http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Arıqlama marafonlarının yaratdığı problemlər

17 Avqust 2023 , 13:19
Arıqlama marafonlarının yaratdığı problemlər

Artıq çəkidən əziyyət çəkən insanların əksəriyyəti müxtəlif diyetoloqlar tərəfindən təşkil olunan arıqlama marafonlarına qoşulur və 15-20 nəfərlik qrupla birlikdə eyni qidaları qəbul edirlər. Hər orqanizm fərqli olduğu üçün hansısa qidanın qrupdakı hər kəsə şamil edilməsi effektiv nəticə vermək yerinə, daha böyük fəsadlara yol aça bilər.

Diyetoloq Ləman Süleymanova “Operativ Media”ya bildirib ki, bəzi işbazlar saxta imic yaradaraq insanları artıq çəkidən xilas ola biləcəklərinə inandıraraq müxtəlif marafonlara cəlb edirlər.

Onun sözlərinə görə, uzun illər artıq çəkidən əziyyət çəkən insanların bir qismi öz sağlamlıqlarına diqqət göstərən, mütəmadi müayinələrdən keçən insanlar olduğu halda, ikinci qisim xəstəliyin sonuncu mərhələsində həkimə müraciət etməli olduqlarını anlayanlardır: 

“Orqanizmlərinə diqqət göstərməyən, düzgün həyat sürməyən şəxslər bir anda qəflət yuxusundan oyanaraq qazandıqları artıq çəkidən azad olmalı olduqlarının fərqinə varırlar. Bu zaman onlar rahat yola qaçır, müxtəlif türkəçarələrə, yalançı metodlara üz tuturlar. Onların bu psixoloji durumundan və problemlərindən isə saxtakarlar, özlərini “diyetoloq” adlandıranlar yararlanırlar. Nəzərə almaq lazımdır ki, hər bir insan və onun orqanizmi individualdır. Əgər insan öz normal çəkisindən 3 kq çox olduğunu hiss edirsə, ilk növbədə özü özünün həkimi olmalı və düzgün qidalanmaya yönəlməlidir. Çünki aram-aram yığılan artıq çəki sonradan ağır piylənmə ilə nəticələnə bilir”. 

Diyetoloq bildirib ki, artıq çəkidən və piylənmədən əziyyət çəkən şəxslər diyetoloqa müraciət etdiklərində ilk olaraq mütləq həkim tərəfindən USM müayinəsindən keçirilməlidirlər:

“Bu zaman piylənmənin səbəbi  araşdırılır, analizlər aparılır və piylənmənin səbəbinə diaqnoz qoyulur və bunun əsasında individual proqram hazırlanır. Məsələn, pasientin insulin dirənci varsa, buna uyğun proqram tərtib olunmalıdır. İnsanda qrelin hormonunu nəzarətdə saxlamaq lazımdır, zülal, yağ, çörək, karbohidratlar, vitaminlər və digər sağlamlıq üçün olan qidaları tamamilə rasiondan çıxarmaq olmaz. Onların həyat fəaliyyətlərinə, keçirdiyi xəstəliklərə, xoşladığı və xoşlamadığı qidalara, allergik reaksiyalarına uyğun olaraq proqram hazırlanmalıdır ki, həmin qidaların qəbulundan sonra təzyiqində problem yaranmasın, gizli şəkəri aktivləşməsin və s.  

L.Süleymanovanın sözlərinə görə, 10-20 manatlıq arıqlama marafonlarına qoşulan şəxslərin bəziləri həmin menyular sayəsində itirdiyi 3-4 kq-ın daha çoxunu marafonu dayandırdıqdan sonra geri qazana bilirlər.   


Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

XƏBƏR LENTİ
  • 19:10

    Muxtar Babayev Selvin Hart ilə görüşüb
  • 18:54

    Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi
  • 18:54

    Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib
  • 18:45

    Gürcüstanda keçirilən Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimlər başa çatıb
  • 18:18

    İran prezidenti Həsən Nəsrullahın ölümünə görə ABŞ-ni günahkar görür
  • 17:58

    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib
    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib
  • 17:30

    VII çağırış Naxçıvan Ali Məclisinin ilk iclasının vaxtı məlum olub
  • 17:07

    Elm və təhsil nazirinin Balakəndə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
Menyu