Nəqliyyat vasitələrinin ətraf mühiti çirkləndirməsi və ekologiyaya mənfi təsir göstərməsi qlobal problemlərdən biridir. Hər dəfə benzin və təbii qazla işləyən avtomobillərin mühərriklərindən təbiətə buraxılan zəhərli maddələr atmosferi zəhərləyir.
Ekoloq Rövşən Abbasov “Operativ Media”a bildirib ki, nəqliyyat sektoru Azərbaycanda atmosferə atılan istixana qazlarının çoxalmasında ən böyük paya malikdir:

“Maşınların sayı son 10 ildə, demək olar ki, iki dəfəyə yaxın artıb və getdikcə çoxalır. Bu isə ekolgiyanın çirklənməsinə, iri şəhərlərdə havanın keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Atmosfer havası kükürd oksidləri, azot oksidləri və digər tullantılar ilə çirklənir. Hazırda elektrik avtomobillərin, hibrid maşınların gətirilməsində artım var. İnsanlar daha çox ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsinə diqqət göstərirlər. Bu isə gələcəkdə nəqliyyat sektorunun payının getdikcə azalacağına və şəhərlərimizdə havanın keyfiyyətini düzəldəcəyinə ümid verir”.
Sevinc İbrahimzadə






