Bakıda bıçaqlanma hadisəsi olub

admin
Bakıda bıçaqlanma hadisəsi olub

Bakıda gənc oğlan döş qəfəsindən bıçaqlanaraq ağır xəsarət alıb.

"Operativ Media" xəbər verir ki, mübahisə zəminində 2001-ci il təvəllüdlü Məmmədyarov Sabir Cavad oğlu bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər