Sumqayıt dəmir yolu vağzalında baş verən yanğın qatarların hərəkətində problem yaratmayıb

admin
Sumqayıt dəmir yolu vağzalında baş verən yanğın qatarların hərəkətində problem yaratmayıb

Bu gün saat 22:00 radələrində Sumqayıt sərnişin stansiyasının dam hissəsində quraşdırılmış havalandırma sistemində baş vermiş qısa qapanma nəticəsində yanğın baş verib.

“Operativ Media” xəbər verir ki, bu barədə Azərbaycan Dəmiryolları QSC-dən məlumat verilib.

Əraziyə təcili cəlb olunmuş FHN-in yanğından mühafizə qüvvələrinin səyi ilə yanğın qısa zamanda, saat 22:18-də söndürülüb.

Qatarların qrafik üzrə hərəkətində heç bir problem yaranmayıb.

Digər xəbərlər