22 Avqust 2023, 11:51
Siyəzəndə dağlıq ərazidə yanğın qəsdən törədilib
Siyəzəndə dağlıq ərazidə yanğın qəsdən törədilib şəkil
Siyəzəndə dağlıq ərazidə yanğın qəsdən törədilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti növbəti dəfə qəsdən yanğıntörətmə faktının üstünü açıb.

"Operativ Media" xəbər verir ki, avqust ayının əvvəlində Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Nəticədə, 50 ha ərazidə sahədə quru ot və kol-kos yanıb, xəsarət alan olmayıb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin Ağcabədi rayon sakinləri Rüstəmov Ruhin Vahid oğlu və Əliyev Həsən Xankişi oğlu tərəfindən qəsdən törədildiyi müəyyən olunub.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Son xəbərlər
Xəzər dənizində zəlzələ olub
Pənah Hüseyn AXP sədrliyindən istefa verdi
"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir
İsrailin Zəncana endirdiyi zərbə nəticəsində 2 SEPAH hərbçisi həlak olub
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək