Menyu

Xocəsəndə obyektdə yanğın olub (VİDEO)

Əsəd Abbaslı
Xocəsəndə obyektdə yanğın olub (VİDEO)
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə Operativ Media-ya FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlaqəli Xəbərlər