Menyu

“Füzuli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb

Redaksiya
“Füzuli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb

“Füzuli Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

"Operativ Media" xəbər verir ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxsin tabeliyində olan Ailə Sağlamlıq Mərkəzləri və Həkim-Tibb məntəqələrinin, o cümlədən PHŞ-yə birləşdirilmiş Füzuli Müalicə Diaqnostika Mərkəzinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən 2020-ci ilin yanvar ayının 1-dən 2023-cü ilin mart ayınadək olan dövr ərzində işçilərə qanunla nəzərdə tutulandan artıq əmək haqqı ödənilməsi, tibbi avadanlıqların satılması, xəstəxananın balansda olan nəqliyyat vasitələrinə normadan artıq yanacağın məxaricə silinməsi və digər yollarla külli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Teqlər:

"\u201cF\u00fczuli Rayon M\u0259rk\u0259zi X\u0259st\u0259xanas\u0131\u201d PH\u015e-d\u0259 ba\u015f ver\u0259n qanunsuzluqlarla ba\u011fl\u0131 rayon prokurorlu\u011funda ara\u015fd\u0131rma apar\u0131l\u0131b"

Əlaqəli Xəbərlər