http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Oğuzda qanunsuz fəaliyyət göstərən kömür quyuları aşkarlanıb

24 Avqust 2023 , 09:13
Oğuzda qanunsuz fəaliyyət göstərən kömür quyuları aşkarlanıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Muxas kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin kənd sakinləri – Bəhrul Cumayev və Rəşad Əhmədov olduqları müəyyən edilib.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci (dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə) maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib. Kömür quyularının isə üzəri torpaqla örtülərək fəaliyyəti dayandırılıb.

OXŞAR XƏBƏRLƏR
Kolleclərə direktor müavinləri təyin olunub

Kolleclərə direktor müavinləri təyin olunub

“Dünyanı tək gəzmək əvvəllər mənə qorxulu gəlirdi, indi isə həyat tərzimə çevrilib” -  Ahu Kamranlı ilə MÜSAHİBƏ

“Dünyanı tək gəzmək əvvəllər mənə qorxulu gəlirdi, indi isə həyat tərzimə çevrilib” - Ahu Kamranlı ilə MÜSAHİBƏ

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

XƏBƏR LENTİ
  • 11:22

    Nərimanovda narkokuryerlik edən 5 nəfərdən 13 kiloqram narkotik vasitə aşkarlanıb
  • 11:13

    Kolleclərə direktor müavinləri təyin olunub
  • 11:09

    DYP havanın çirkləndirilməsi ilə bağlı sürücülərə müraciət edib
  • 11:01

    “Mpay” terminalları artıq Naxçıvanda!
  • 10:50

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətə cərimə kəsib
  • 10:45

    BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb
    BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb
  • 10:45

    Noyer: "Bavariya" yenidən özünə inam hiss edir
  • 10:39

    Rusiyanın Baş naziri Ermənistana səfər edəcək
Menyu