Azərbaycanda daşınmaz əmlak sığortasına maraq niyə azdır?

Redaksiya
Azərbaycanda daşınmaz əmlak sığortasına maraq niyə azdır?

2011-ci ildən ölkəmizdə daşınmaz əmlakın sığortası icbaridir. Qanunvericiliyə əsasən əmlakını sığorta etdirməyənlər cərimələnməlidir. Son 3 ildir isə cərimə mexanizmi ilə bağlı mediada geniş təbliğat aparıldı. Lakin mexanizm tam ərsəyə gəlmədiyinindən bu proses hazırda dayanıb. Bir çox ölkələrdə könüllü olan əmlak sığortasına Azərbaycanda məcburi olsa belə maraq çox azdır.

“Operativ Media”nın keçirdiyi sosial sorğu əsasında insanlar ümumiyyətlə sığorta şirkətlərinə inanmadığını və məbləğin həddindən artıq aşağı olduğunu bildiriblər.

“Avtomobil qəzasında belə sığorta ödənişi almaq olmur. Evə bir şey olsa, ödəniş almaq mümkün olacaq?”

“Hər il deyirlər cərimə olacaq. Mən evimi sığorta elətdirdim”

“Sığorta şirkəti deyir, evə ziyan dəysə, 25 min manata qədər ziyanı qarşılayacaq. Evin bir otağının xərci elə o qədərdir. Sərf eləmir”.

Ekspertlərin fikrincə, daşınmaz əmlak sığortası digər ölkələrdən fərqli olaraq Azərbaycanda çox az istifadə olunur. Sığorta eksperti İlkin İbrahimovun sözlərinə görə, mövcud qanun real bazara uyğun deyil.

“Ölkəmizdə icbari sığortalar haqqında qanun 2011-cil ildə qəbul olunub. Daşınmaz əmlakın qiymətləndirilməsi və sığorta kompensasiyasının məbləği müvafiq olaraq bölgələr üzrə Bakı şəhəri üzrə 25 min manat, Gəncə, Sumqayıt, Naxçıvan şəhərləri üçün 20 min manat və digər bölgələr üçün 15 min  manat maksimal sığorta ödənişi nəzərdə tutulub. Bu məbləğ həmin il üçün minimal məbləğ kimi hesablana bilirdi. Zaman keçdikdən sonra müzakirə olunur ki bu məbləğ ən kiçik evləri belə qarşılamır. Əgər vətəndaşın 100 min mamatlıq evi varsa, onu icbari sığortadan əlavə könüllü sığorta da etdirməlidir. Belə olduqda hər hansısa hadisə zamanı evə dəyən ziyanın 25 min manatını dövlət qarşılıyır, yerdə qalan məbləği isə könüllü sığorta əsasında sığorta şirkəti qarşılayır. Hazırda real vəziyyətdə qayda belədir”

Ekspertin sözlərinə görə, dünyanın bir çox ölkəsində əmlakın icbari sığortası ilə bağlı qaydalar daha sərtdir. Qonşu Türkiyədə bu sığorta işıq, qaz və digər kommunal ödənişlərin üzərinə əlavə edilməklə ödənilir.

“Zorumlu deprem” sığortası ödənmədiyi halda vətəndaş kommunal xidmətlərdən istifadə edə bilmir. İnkişaf etmiş ölkələrdə yanaşma isə fərqlidir. Məsələn Amerika və Avropada bu könüllü əsaslarladır. Vətəndaş istəsə evini könüllü olaraq sığortalada, istəsə də etməyə bilər. Bu baxımdan bizdə yanaşma daha yaxşıdır. Hazırda da sığorta mütəxəssisləri də əsasən 2 fikri müzakirə edirlər. Bu ödənişlər icbari olsun yoxsa olmasın”.

Digər xəbərlər