24 Avqust 2023, 20:57
SOCAR nümayəndələri Tovuzda sakinlərin problemlərini dinləyib (FOTO)
SOCAR nümayəndələri Tovuzda sakinlərin problemlərini dinləyib (FOTO) şəkil
SOCAR nümayəndələri Tovuzda sakinlərin problemlərini dinləyib (FOTO)

Tovuz rayonunun Dönük Qırıqlı kənd sakinlərinin qaz təchizatı ilə bağlı problemləri dinlənilib.

SOCAR “Azəriqaz” İstehsalat Birliyindən "Operativ Media"ya verilən məlumata görə, Dönük Qırıqlı kəndində "Açıq mikrofon" aksiyası keçirilib. 

Aksiya çərçivəsində vətəndaşlarla keçirilən görüş zamanı kənd sakini Dəmir Qurbanlı bunları deyib: "Tovuz rayonunun Dönük Qırıqlı kəndinin yeni yaşayış massivində təbii qazdan istifadə edə bilmirik. Kənd meşə zolağından kənarda yerləşir, odun almağa da imkanımız yoxdur. Xahiş edirəm, sözügedən genişlənən ərazinin qazlaşdırılmasında bizə köməklik edəsiniz".

Şəhid anası Sineyvər Dəmirovanın müraciəti rayonun Aran Yanıqlı kəndində yaşadığı küçənin qazlaşdırılması ilə bağlı olub. Aksiyaya Dondar Quşçu kəndindən qatılan Rəfael Məmmədovun da müraciəti eyniyönümlü olub. Görüş zamanı ünvanlanan hər bir müraciət qeydiyyata alınıb, vətəndaşlara lazımi izahatlar verilib.

Son xəbərlər
İran: Nüvə danışıqları mənasızlaşıb
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub - YENİLƏNİB
"Salam Air" Azərbaycana uçuşları təxirə salıb
İrandan Rusiyaya "təzə qarpız" adı ilə aparılan yük narkotik çıxıb
"Şamaxı" azərbaycanlı futbolçunu komandada saxladı
AZAL-ın daha bir neçə reysi ləğv edilib - SİYAHI
Vüqar Kərəmov yaponiyalı döyüşçünü məğlub etdi
İran daha bir İsrailə məxsus F-35 döyüş təyyarəsini vurub