Menyu

Yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib

Yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirləri davam etdirir.

FHN-dən "Operativ Media"-ya verilən xəbərə görə, bu çərçivədə, Gəncə şəhərindəki Gəncə uşaq evində, 4 saylı Gəncə və 3 saylı Göygöl Psixonevroloji Sosial Xidmət müəssisələrində, 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində, Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin Cırdaxan Meşəbəyliyində, Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin Şəmkir Meşəbəyliyində yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə yanğınların baş vermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları barədə məlumat verilib və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

Həmçinin, Tovuz rayonunun Qovlar şəhəri ərazisində Qovlar şəhər parkında, Qazax rayonunun Çaylı kəndində kənd qəbirstanlığında quru otların, kol-kos və məişət tullantılarının təmizlənməsi təmin olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər